Nazir müavini: “İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib”
Tarix: 11-07-2019 10:33 | Bölmə: Cəmiyyət
Nazir müavini: “İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib”

“Sahibkarlıq subyektlərində yoxlamalar 1 yanvar 2021-ci ilə kimi dayandırılıb. Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olan şikayətlər əsasında araşdırma aparır, hüquqi şəxslərə və vətəndaşlara cavablar verilir”.

Reyting.az
-ın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini qeyd edib ki, bu ilin 6 ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3 min 964 şikayət məzmunlu ərizə, hüquqi şəxslərdən 3 min 106 məktub daxil olub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən 708 vətəndaş fərdi qaydada qəbul edilib. 6 ay ərzində vətəndaşların 52 min manata qədər gecikdirilmiş sosial ödənişlərin ödənilməsi təmin edilib. Qanunsuz işdən çıxarılmış 77 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub”.

M. Kərimli diqqətə çatdırıb ki, dövlət qurumları və vətəndaşların müraciətləri əsasında 282 hüquq pozuntusu aşkarlanıb. Eyni zamanda, bu il istehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb.

M. Kərimli Əməyin Mühafizəsi Fondunun yaradılmasının da gündəlikdə olduğunu nəzərə çatdırıb: "Ümid edirik ki, yaxın müddətdə işlər başa çatacaq və Əməyin Mühafizəsi Fondu yaradılacaq. Fondun vəsaitləri hesabına maarifləndirmə tədbirlərinin, əməkdaşların peşə bacarıqlarının artırılması mümkün olacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər