Güclü küləklə bağlı xəbərdarlıq edildi
Tarix: 12-07-2019 20:33 | Bölmə: Cəmiyyət
Güclü küləklə bağlı xəbərdarlıq edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, BNA-nın xəbərdarlığında hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”.

BNA bildirir ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}