Polis iki şəxsdə avtomat və tapança aşkarlayıb - Fotolar
Tarix: 13-08-2019 14:43 | Bölmə: Cəmiyyət
Polis iki şəxsdə avtomat və tapança aşkarlayıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı uğurlu əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb.

Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş idarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.
Qeyd edilən hər iki faktla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Polis iki şəxsdə avtomat və tapança aşkarlayıbPolis iki şəxsdə avtomat və tapança aşkarlayıbPolis iki şəxsdə avtomat və tapança aşkarlayıbPolis iki şəxsdə avtomat və tapança aşkarlayıbPolis iki şəxsdə avtomat və tapança aşkarlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}