18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda keçmiş məhkəmə sədri öldürüldü - Yenilənib - Fotolar
Tarix: 13-09-2019 10:15 | Bölmə: Cəmiyyət
Azərbaycanda keçmiş məhkəmə sədri öldürüldü - Yenilənib

Tovuz rayonunda sabiq məhkəmə sədri güllələnib.

Reyting.az
xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov (Ələkbərli) Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F. Ələkbərov 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanda keçmiş məhkəmə sədri öldürüldü - Yenilənib
F. Ələkbərov

Bəzi KİV-lər onu vəkil kimi təqdim etsə də, Vəkillər Kollegiyasından bildirilib ki, Firudin Ələkbərov vəkil deyil. O, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.(Report)

Azərbaycanda keçmiş məhkəmə sədri öldürüldü - Yenilənib

***

Keçmiş məhkəmə sədrinin qətli ilə bağlı ilkin ehtimallar irəli sürülür.

Reyting.az-ın xəbərinə görə, Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, o, stansiyanın yaxınlığında yerləşən ofisinin yanında vurulub.

Cinayətdə şübhəli bilinən 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlu restoran və hotellər şəbəkəsinin sahibidir.

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə F. Ələkbərovun iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, F. Ələkbərov iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə keçmiş məhkəmə sədrinin istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi tapançadan ona üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan F. Ələkbərov orada ölüb.

Xatırladaq ki, Tovuz rayon Prokurorluğu sabiq məhkəmə sədrinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi işi açıb, istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər