Fuad Qəhrəmanlının qızı: “Məlum statusu özüm yazmışam”
Tarix: 19-09-2019 18:31 | Bölmə: Cəmiyyət
Fuad Qəhrəmanlının qızı: “Məlum statusu özüm yazmışam”

Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib.

Fuad Qəhrəmanlının qızı APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdur. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.

Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib.

Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb boşanma ilə bağlı məhkəməyə müraciət edib.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}