21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İqbal Məmmədov imkansız ailənin problemini həll etdi - Fotolar
Tarix: 02-02-2020 18:40 | Bölmə: Cəmiyyət
İqbal Məmmədov imkansız ailənin problemini həll etdi

Lerik rayon sakini, Xəzər rayonunun Binə qəsəbəsi, Atçılıq sahəsində kirayədə yaşayan, həyat yoldaşı və uşağı xəstə olan imkansız ailə, Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədova müraciət edib, problemi yerindəcə həll olunub.

Reyting.az
xəbər verir ki, Lerik rayonundan ehtiyac üzündən Bakı şəhərinin Binə qəsəbəsinə ailə üzvləri ilə köçmüş kirayədə yaşayan 5 nəfərdən ibarət ailə, hakim partiyanın namizədi İqbal Məmmədova sosial şəbəkə vasitəsilə müraciət edib.

İqbal Məmmədov həmin ailə ilə şəxsən əlaqə saxladıqdan sonra, dərhal köməkçisini Bakı şəhərinə, ehtiyacı olan ailəyə baş çəkməyə göndərib.

Bu gün deputatlığa namizəd İqbal Məmmədovun köməkçisi Nəriman Nərimanlı həmin ailəyə baş çəkib. Ailənin yaşayış şəraiti ilə yaxından tanış olan Nəriman Nərimanlı, İqbal Məmmədovun ailəyə yaxından köməklik göstərəcəyini diqqətə çatdırıb.

Görüş əsnasında Nəriman Nərimanlı onu da qeyd edib ki, İqbal Məmmədovun problemi olan ailələrdən məlumatı olduğu halda lazım olan tədbirləri görür. Bu ailəyə də qanun çərçivəsində lazım olan bütün köməkliklər göstəriləcək.

Ehtiyacı olan ailə İqbal Məmmədova ilk dəfə müraciət etdiyini bildirərək, dərhal onunla əlaqə saxladığına və şəraiti ilə maraqlandığına görə ailə üzvləri adından minnətdarlığını ifadə edib.

İqbal Məmmədov imkansız ailənin problemini həll etdi
İqbal Məmmədov imkansız ailənin problemini həll etdi
İqbal Məmmədov imkansız ailənin problemini həll etdiİqbal Məmmədov imkansız ailənin problemini həll etdi
İqbal Məmmədov imkansız ailənin problemini həll etdi
İqbal Məmmədov imkansız ailənin problemini həll etdi




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər