21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsi evə buraxıldı
Tarix: 04-02-2020 13:54 | Bölmə: Cəmiyyət
BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsi evə buraxıldı

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.

Çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.

Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər