21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş Prokurorluq və DİN Bakıdakı qəza ilə bağlı birgə məlumat yayıb
Tarix: 21-02-2020 15:17 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq və DİN Bakıdakı qəza ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri qəza törədərək hadisə yerindən qaçan sürücü ilə bağlı birgə məlumat yayıb.

Reyting.az
-a daxil olan məlumata görə, fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi KIA markalı 90-UB-986 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, KIA markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı 52-BK-626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, “Ford” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə şahidlər dindirilən, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılan istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər