14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək
Tarix: 24-02-2020 11:48 | Bölmə: Cəmiyyət
Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək

Martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Reyting.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər bu keçiddən My Webpage istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}