21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İnam Kərimov 7 ay əvvəl təyin etdiyi direktoru vəzifədən çıxarıb
Tarix: 24-02-2020 12:14 | Bölmə: Cəmiyyət
İnam Kərimov 7 ay əvvəl təyin etdiyi direktoru vəzifədən çıxarıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktor postunda  1 il 7 ay ərzində üşüncü dəyişiklik olub.

Belə ki, nazir İnam Kərimovun əmri ilə 7 ay əvvəl şirkətin baş direktoru təyin olunmuş Rəşad Kərimov vəzifəsindən çıxarılıb.

Nazirin digər əmri ilə MMC-nin maliyyə departamentinin müdiri  Hümbət Hüseynov Baş direktor təyin olunub.

Direktorluqdan azad edilən Rəşad Kərimova isə Leyla Məmmədovanın rəhbərlik etdiyi "Aqrar Tədarük və Təchizat” ASC-də Tədürük və Təchizat Departamentinin direktoru vəzifəsi verilib.

Xatırladaq ki, 2018-ci ilin iyun ayında bu MMC yaradılanda, ona ilk rəhbərliyi  hazırda  "Aqrar Tədarük və Təchizat” ASC-nin direktoriu olan Leyla Məmmədova edib. /Mia.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər