21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu gün şəhid olan əsgərimiz məcburi köçkün imiş
Tarix: 24-02-2020 13:16 | Bölmə: Cəmiyyət
Bu gün şəhid olan əsgərimiz məcburi köçkün imiş

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb.

Məlumata görə, 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var. 

Vəliyevlər ailəsi 1994-cü ildən Zərdab rayon Su-Kanal İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzunmüddətdir xəstəlikdən əziyyət çəkir.

Hazırda ailə şəhidin nəşinin gətirilməsini gözləyir. İ.Vəliyevin Zərdab rayonunun Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir. 

Xatırladaq ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. 

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. 

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər