21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
TƏBİB-dən Cəlilabadda koronavirus şübhələrinin olması haqda xəbərlərə - Reaksiya
Tarix: 24-02-2020 13:18 | Bölmə: Cəmiyyət
TƏBİB-dən Cəlilabadda koronavirus şübhələrinin olması haqda xəbərlərə - Reaksiya

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən qeyd olunub ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şühbəsi ilə xəstə gətirilməyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər dünyasını dəyişib. Azərbaycan İranla sərhəd keçid məntəqələrində məhdudiyyət tətbiq edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər