11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı yürüş-mitinq keçirilib
Tarix: 24-02-2020 14:37 | Bölmə: Cəmiyyət
Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı yürüş-mitinq keçirilib

Böyük Britaniyada yaşayan azərbaycanlılar və türkiyəlilər Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.


Yürüş Londonun şəhərinin Trafalqar Meydanından başlayıb, daha sonra Britaniya parlamentinin binası qarşısında mitinqlə davam edib.

Aksiya iştirakçıları əllərində “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik!”, “Biz sülh istəyirik!” şüarları yazılmış plakatlar tutublar.

Tədbirin təşkilatçısı Kamran Balayev Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətinə toxunub.

O, hər il Londonda Xocalı soyqırımı ilə əlaqədar çoxsaylı tədbirlər keçirildiyini bildirib.

Aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başa çatıb/APA.

Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı yürüş-mitinq keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}