21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İki qurum koronavirusla bağlı növbəti məlumat yaydı
Tarix: 24-02-2020 15:06 | Bölmə: Cəmiyyət
İki qurum koronavirusla bağlı növbəti məlumat yaydı

"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə Səhiyyə Nazirliyi ilə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən Reyting.az-a daxil olan birgə məlumata görə, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir: "Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar".

Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər