21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq"
Tarix: 24-02-2020 15:21 | Bölmə: Cəmiyyət
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq"

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına təlabatı artıb. Bununla əlaqədar bəzi insanlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

“Report”un əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşən bir neçə aptekə baş çəkib və tibbi ağız maskalarına olan tələbatın həcmini öyrənib.

Apteklərdən birində əczaçı maskaların limitlə satıldığını bildirib:

“Biz bir müştəriyə 5 ədədən artıq qoruyucu maska satmırıq. Çünki depodan limitlə verilir, hazırda satılıb qurtarıb. Hazırda yenidən veriləcəyini gözləyirik. Spirt isə ölkəmizdə istehsal olunduğu üçün limit nəzərdə tutulmayıb. Alıcılıq qabiliyyətinə gəlincə, bu, həmişə olub, lakin dünəndən etibarən alıcıların sayı artıb. Qiymətlərdə isə artım yoxdur. Sadə birqat maska 10 qəpik, 100 ml. spirt 50 qəpiyədir”.

Digər əczaçı isə deyib ki, tibbi ağız maskaları artıq bitmək üzrədir:

"Demək olar ki, depolarda da ağız maskası yoxdur. Əvvəllər limitlə verirdilər, indi onu da vermirlər. Hazırda bir nəfərə iki ədəddən artıq satmırıq. İkiqat maska 20 qəpik, üçqat isə 30 qəpiyə satılır. Spirtin satışında isə limit yoxdur. Qiyməti də əvvəlki kimidir".

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Bəzi mənbələr İranda 18 nəfərin, bəziləri isə 12 nəfərin öldüyün bildirir. Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə koronavirusun aşkarlanmadığı barədə məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər