Avropanın daha bir ölkəsi koronavirus üzərində qələbəni elan etdi
Tarix: 25-05-2020 14:36 | Bölmə: Cəmiyyət
Avropanın daha bir ölkəsi koronavirus üzərində qələbəni elan etdi

Avropa ölkəsi olan Monteneqro koronavirusa qalib gəlindiyini bəyan edib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu haqda ölkənin prezidenti Milo Cukanoviç özünün Twitter səhifəsində yazıb.

“Monteneqro koronavirusla uğurla mübarizə apardı. Bizdə artıq xəstə yoxdur. Ən vacib dəyər - insanların həyatı uğrunda mübarizənin bu mərhələsi başa çatdı”, - o, vurğulayıb.

Onun sözlərinə görə, bu, ölkənin dövlət orqanlarının əlaqələndirilmiş işi və cəmiyyətin məsuliyyəti sayəsində baş verib.

Cukanoviç qeyd edib ki, indi hökumət pandemiyanın təsirinin aradan qaldırılması ilə məşğul olacaq.

Son məlumata görə, Monteneqroda 324 koronavurisa yoluxma qeydə alınıb, 9 nəfər vəfat edib, 315 nəfər sağalıb.

Bundan əvvəl, mayın 15-də Sloveniya da koronavirusa qalib gəlindiyini və karantin tədbirlərinin bəzilərinin ləğv edildiyini açıqlamışdı. Bu, Avropada belə bəyantla çıxış edən ilk ölkə idi.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər