Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu Ermənistanın işğal etdiyi əraziləri azad etməsidir” - Video
Tarix: 24-09-2020 00:33 | Bölmə: Cəmiyyət
Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu Ermənistanın işğal etdiyi əraziləri azad etməsidir”

“Crocus Group”un Birinci vitse-prezidenti, məşhur azərbaycanlı müğənni Emin Ağalarov Rusiyanın RBK kanalında qonaq olub.

“Bu nə deməkdir?” proqramında bir sıra sualları cavablandıran Emin Ağalarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunub.

E. Ağalarov Rusiya vətəndaşı olsa da, özünü azərbaycanlı hesab etdiyini bildirib. O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir.

E. Ağalarov qeyd edib ki, bu məsələdə yeganə yol konfliktin Azərbaycanın maraqları çərçivəsində həllidir.

Sözügedən görüntüləri təqdim edirik:





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}