07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ermənilər Tərtərdəki zavodu vurdu, böyük yanğın başlayıb - Yenilənib
Tarix: 19-10-2020 16:19 | Bölmə: Cəmiyyət
Ermənilər Tərtərdəki zavodu vurdu, böyük yanğın başlayıb - Yenilənib

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.

Reyting.az
Report-a istinadla xəbər verir ki, artilleriya atəşi nəticəsində zavodda böyük yanğın başlayıb.

Qeyd edək ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}