Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə dayandırılıb
Tarix: 19-10-2020 18:17 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə dayandırılıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, 19 oktyabr tarixdən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

Reyting.az
xəbər verir ki, Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin məlumatına görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər:

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər