2020-ci ildə ölkəmizdə 3579 zəlzələ baş verib
Tarix: 28-12-2020 14:58 | Bölmə: Cəmiyyət
2020-ci ildə ölkəmizdə 3579 zəlzələ baş verib

2020-ci ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları Azərbaycan ərazisində 3579 zəlzələ qeydə alıb.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ baş verib: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq