Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
Tarix: 07-07-2025 20:50 | Bölmə: Dünya
Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
Aviqdor Liberman

“İsrail əsgərləri Qəzza zolağında Təl-Əvivin təhlükəsizliyi üçün deyil, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin müdafiəsi üçün həlak olublar”.

Reyting.az
xəbər verir ki, bunu “İsrail evimizdir” partiyasının lideri Aviqdor Liberman deyib.

Liberman partiyasının qrup toplantısında Qəzzadakı vəziyyət və məhbus mübadiləsi danışıqları ilə bağlı qiymətləndirmələr edib. O, Qəzzada israilli məhbusların azadlığı üçün aparılan danışıqlara işarə edib, Netanyahu hökumətinin Qəzzanın işğalında israrlı olduğunu bildirib.

“Əsgərlər İsrailin təhlükəsizliyi üçün deyil, koalisiyanı (Netanyahunun rəhbərlik etdiyi-red.) müdafiə etmək üçün ölürlər”,- deyə Liberman əlavə edib.

Bütün israilli məhbusların azadlığını təmin edəcək razılaşmanın tərəfdarı olduğunu bildirən Liberman, İsrail ordusunun bu addımdan sonra Qəzzaya hücumlarını yenidən başlaya biləcəyini qeyd edib.

Xatırladaq ki, İsrail müxalifəti son vaxtlar baş nazir Netanyahunu daha sərt tənqid edir. İqtidar əleyhdarlarının iddiasına görə, Netanyahunun Qəzzada hücumları davam etdirməsinə səbəb koalisiya hökumətinin dağılmasının qarşısını almaqdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər