Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Tarix: 07-07-2025 22:43 | Bölmə: İqtisadiyyat
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

Bu barədə Britanita hökumətinin saytında yenilənmiş "qara siyahının" məlumatlarından bəlli olub.

Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub.

Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur(report).




Bölməyə aid digər xəbərlər