12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İcra başçıları arasındakı gərginliyin sirri açılır
Tarix: 14-09-2017 12:10 | Bölmə: Cəmiyyət
İcra başçıları arasındakı gərginliyin sirri açılır

Bir müddət əvvəl bəzi KİV-lər Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə Daşkəsən rayonunun başçısı Əhəd Abıyev arasında narazılığın olduğunu yazırdılar. Hətta bəzi mənbələr bunun hansısa pay bölgüsü üstündə baş verdiyini iddia edirdilər. İndi isə bəlli olur ki, bu narazılığa səbəb “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin (Filiz zavodu) özəlləşdirilməyə çıxarılmasıdır.

Xatırladaq ki, dünən Unikal.org saytı Filiz zavodu uğrunda mübarizə tərəflərindən birinin Gəncənin başçısı Elmar Vəliyevlə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov (Komitə sədri ilə Elmar Vəliyev qohumdur-red.), digər tərəfin isə "Baku Steel Company”ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov olduğunu yazmışdı. Bu gün bəlli olur ki, Daşkəsənin icra başçısı bu məsələdə Rasim Məmmədova dəstək verənlərdəndir. Böyük ehtimalla Elmar Vəliyev-Əhəd Abıyev qarşıdurmasına da səbəb budur.

Reyting.az-ın xəbərinə görə, Ə.Abıyev bu məsələdə tərəf olduğunu dolaysı ilə təsdiqləyib. Daşkəsənin icra başçısı Unikal.org-a deyib ki, həqiqətən də zavod ətrafında qovğa var.

"Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”,-deyən Ə.Abıyev bildirib ki, həmin zavodda Kərəm Həsənovla Elmar Vəliyevin maraqlarının olduğunu eşidib. “Amma mən, icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”, - deməklə, rəhbərlik etdiyi rayondakı böyük müəssisəyə nə Elmar Vəliyevin, nə də onun hansısa qohumunun de-fakto və de-yure rəhbərlik etməsini istəmir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər