20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fazil Məmmədovun kadrı Eldar Mahmudova görə istintaqa cəlb olunub
Tarix: 15-01-2018 11:33 | Bölmə: Cəmiyyət
Fazil Məmmədovun kadrı Eldar Mahmudova görə istintaqa cəlb olunub

Keçmiş vergilər naziri Fazil Məmmədovun "kassiri” hesab olunan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, nazirin büdcə məsələləri üzrə müşaviri Habil Məmmədov istintaqa çağırılıb.

Reyting.az xəbər verir ki, ölkə.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, hazırda Habil Məmmədov vergilər nazirinin müşaviri olmasına baxmayaraq, adı Eldar Mahmudovla əlbir olmaqda hallanır.

İttihamlara görə, Eldar Mahmudov nazir olduğu dövrdə orta və böyük vergi ödəyiciləri haqqında məlumatlar ona Habil Məmmədov tərəfindən ötürülürmüş. Bundan sonra isə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) həmin iş adamlarına qarşı əməliyyat keçirərək, onlardan külli miqdarda pul tələb edirmiş.

Habil Məmmədovun Eldar Mahmudovla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğu deyilir. Məlumatlara görə, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra da Habil Məmmədov onunla münasibətləri kəsməyib.

Bütün bunların faktlığını təsdiq etmək üçün hazırda Habil Məmmədov istintaqa cəlb olunub. İstintaq ittihamları sübut edərsə, yaxın günlərdə H. Məmmədov da vəzifədən azad olunacaq.

Fazil Məmmədovun kadrı Eldar Mahmudova görə istintaqa cəlb olunub




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər