Nazir: “İki il döyüşənlər tərxis olunsa, cəbhənin dağılması təhlükəsi yaranacaq”
Tarix: 21-06-2024 09:36 | Bölmə: Dünya
Nazir: “İki il döyüşənlər tərxis olunsa, cəbhənin dağılması təhlükəsi yaranacaq”

Ukrayna daxili işlər naziri İqor Klimenko hesab edir ki, hazırda ölkəsində hərbçilərin tərxis olunması üçün şərait yoxdur. Üstəlik, cəbhədə iki ildən artıq döyüşən təcrübəli əsgərlərə ehtiyac var.

Reyting.az
-ın xəbərinə görə, nazir bu mövzunu cəbhə xəttində olan komandirlərlə müzakirə edib və belə qənaətə gəliblər ki, iki il döyüşənlər tərxis olunsa, cəbhənin dağılması təhlükəsi yaranacaq.

“İki il xidmət etmiş insanları tərxis etsək, o zaman cəbhəmiz “dğılacaq” və bölmələr aşağı düşəcək. Biz bölmələrin döyüş effektivliyini bərpa etməliyik və ən azı fəal briqadaların və batalyonların rotasiyası zamanı bərabər əvəzetmə olmalıdır. Bizim cəbhəni dağıtmağa haqqımız yoxdur”, - nazir vurğulayıb.

İ. Klimenko qeyd edib ki, uzun müddət döyüşən və tərxis olunmaq istəyən hərbçiləri başa düşür, lakin cəbhədəki və bütövlükdə Ukraynadakı vəziyyət hələ buna imkan vermir. Cəbhəyə təcrübəli hərbi kadrlar lazımdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər