Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
Tarix: 24-06-2025 17:45 | Bölmə: Dünya
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"

ABŞ prezidenti Donald Tramp "Rusiya ilə sövdələşmək" istəyir.

Bu barədə D. Tramp Niderlandda keçiriləcək NATO sammitinə gedən təyyarədə jurnalistlərə açıqlama verib.

"Mən buna baxmalıyam. Amma Rusiya ilə sövdələşmə görmək istərdim. Bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putin mənə zəng edib. O dedi: "İranla bağlı sizə kömək edə bilərəmmi?" Mən cavab verdim: "Xeyr, mənə İranla bağlı kömək lazım deyil. Mənə sizinlə bağlı kömək lazımdır". Ümid edirəm ki, Rusiya ilə sövdələşmə bağlaya biləcəyik", - D. Tramp bildirib(Report).




Bölməyə aid digər xəbərlər