09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
Keçmiş prezident rüşvətxorluqda ittiham olunur
Tarix: 19-09-2025 08:57 | Bölmə: Dünya
Keçmiş prezident rüşvətxorluqda ittiham olunur

Ekvadorun sabiq prezidenti Lenin Moreno Coca “Codo Sinclair” su elektrik stansiyasının inkişafında bəndin tikintisi zamanı rüşvət almaqda ittiham olunur.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Müstəntiqlərin fikrincə, iddia edilən cinayət Morenonun ölkənin vitse-prezidenti vəzifəsində çalışdığı 2007-2013-cü illər arasında törədilib.

Prokurorluq iddia edir ki, “yüksək rütbəli məmurlar və iş adamları, guya, (Çin şirkəti) “Sinohidro”-nun lehinə sövdələşmə edərək, təzminat kimi rüşvət alıblar”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər