Qahirə və Afina arasında böhran başlayıb
Tarix: 08-08-2025 17:34 | Bölmə: Dünya
Qahirə və Afina arasında böhran başlayıb

Yunanıstan və Misir arasında dəniz yurisdiksiyası böhranı yaranıb.

Reyting.az
-ın məlumatına görə, Misir Yunanıstanın Şərqi Aralıq dənizində qitə şelfindən kənara çıxan xəritəsinə yazılı nota ilə reaksiya verib.

Notada qeyd olunur ki, bəzi ərazilər Misirin kontinental şelfinə düşür. Böhran hər iki ölkənin xarici işlər nazirlərinin mehriban görüntülər təqdim etdiyi bir vaxtda yaranıb.

Misirin Xarici işlər naziri Bədr Əbdülatinin Afinada yunan həmkarı George İerapetrit ilə görüşdüyü və tərəflərin “bir çox mövzuda konsensus”larını bəyan etdiyi bir vaxtda verilən bu açıqlama Afinada çaşqınlıq yaradıb.

Notada Yunanıstanın aprelin 17-də dərc etdiyi xəritədə bəzi ərazilərin Misirin kontinental şelfinə düşdüyü vurğulanıb. Misir bu müdaxiləyə etiraz edir.

"İerapetrit və Abdulati tərəfindən paylaşılan qucaqlaşma və gülümsəmələrə baxmayaraq, işlər o qədər də yaxşı deyil. Misir Yunanıstanın Şərqi Aralıq dənizindəki kontinental şelfini şübhə altına aldı. Üstəlik, nota gizli saxlanıldı",- deyə Yunan mediası yazıb.

Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Lana Zohiu bildirib ki, qonşu ölkənin reaksiyası gözlənilən olub.

Zohiu həmçinin Misirin notasının iki ölkə arasında 2020-ci ildə imzalanan dəniz yurisdiksiyası müqaviləsi çərçivəsindən kənar sahələrə aid olduğunu qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər