Roma Papası Türkiyə və Livana səfər edəcək
Tarix: 07-10-2025 23:08 | Bölmə: Dünya
Roma Papası Türkiyə və Livana səfər edəcək

Roma Papası XIV Leo ilk xarici səfərini Türkiyə və Livana edəcək.

Reyting.az
xəbər verir ki, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti bunun noyabrın sonu və dekabrın əvvəlində baş tutacağını açıqlayıb.

Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni deyib ki, ölkə rəhbərliyinin və kilsə orqanlarının dəvətini qəbul edən Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyəyə apostol səfəri edəcək.

“Daha sonra Livanın siyasi rəhbərliyinin və kilsə hakimiyyətinin dəvəti ilə pontifik noyabrın 30-dan dekabrın 2-dək həmin ölkəyə səfər edəcək”,- deyə M. Bruni əlavə edib.

Xatırladaq ki, Fransisk də sağlığında Livana səfər etmək arzusunu dəfələrlə bildirsə də, lazımi şərtlər yerinə yetirilməmişdi. XIV Leo sələfinin izi ilə ilk xarici səfərini reallaşdırmaq istəyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər