Liviyadakı barışmaz tərəflər bu gün Moskvada bir araya gələcək
Tarix: 13-01-2020 12:17 | Bölmə: Dünya
Liviyadakı barışmaz tərəflər bu gün Moskvada bir araya gələcək

Türkiyə və Rusiyanın ortaq çağırışı ilə təmin edilən atəşkəsin ardınca bu gün MBH rəhbəri Sərrac və general Həftərin Moskvada görüşəcəyi məlum olub.

Reyting.az
“MK”-ya istinadla xəbər verir ki, bəyanat Sərracın dünən İstanbulda Rəcəb Tayyib Ərdoğanla İstanbuldakı görüşündən sonra verilib.

Rusiya Xarici İşlər Nazirliyi vətəndaş müharibəsinin iki tərəfinin bu gün Rusiya paytaxtında bir araya gələcəyini açıqlayıb.

Rusiyanın Liviyadakı sülh üçün təmas qrupunun rəhbəri Lev Denqov, Milli Birlik Hökumətinin (MBH) rəhbəri Sərrac və Şərqi Liviyaya nəzarət edən Xəlifə Həftər arasında atəşkəs sazişinin imzalanma ehtimalı və digər sövdələşmənin olacağını bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər