20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya İnterpoldan xaric olunmaq təhlükəsi ilə üzləşib
Tarix: 29-08-2017 12:22 | Bölmə: Dünya
Rusiya İnterpoldan xaric olunmaq təhlükəsi ilə üzləşib

Bir sıra beynəlxalq təşkilatlardan xaric edilən Rusiya indi də Beynəlxalq Cinayət Polisi İdarəsi - İnterpoldan qovulmaq təhlükəsi ilə üzləşib.

Reyting.az saytının məlumatına görə, bu barədə avqustun 24-də “Daily Telegraph” agentliyi xəbər yayıb.

Məlumata görə, əgər Rusiya İnterpolun imkanlarından bundan sonra da istifadə etmək istəyirsə, bu təşkilatdan rejimin əleyhdarlarını təqib etmək üçün sui-istifdəyə son qoymalıdır.

Qeyd edilir ki, Moskva bununla bağlı Qərb ölkələri liderlərinin narahatlığına son qoyulması üçün vacib addımları atmasa, Rusiyanın İnterpoldakı üzvülüyü təhlükə ilə üzləşəcək.

Qərb liderlərinin iddialarına görə, Rusiya və Türkiyənin avtoritar liderləri İnterpolun imkanlarından siyasi rəqiblərini və əleyhdarlarını təqib etmək üçün istifadə edirlər. Hətta bir neçə gün öncə Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İnterpolun imkanlarından sui-istifadənin yolveriməzliyi ilə bağlı xəbərdarlıq da edib.

Rusiyanın İnterpoldan xaric edilmə təhlükəsini şərh edən politoloq Xəqani Cəfərli Reyting.az saytına deyib ki, Şimal qonşumuzun bir sıra beynəlxalq təşkilatlardan qovulmasının zamanı çoxdan çatıb. Onun sözlərinə görə, Qərbin bəzi liderlərinin Rusiyaya müansibətdə sərgilədiyi güzəşt, təslimçi mövqe Moskvanın beynəlxalq təşkilatların imkanlarından sui-istifadə etməsinə imkan verir. Bu isə beynəlxalq institutların öz missiyalarını normal şəkildə həyata keçirmələrini əngəlləyir.

Politoloq hesab edir ki, Rusiya kimi ölkələrin beynəlxalq təşkilatlardan qovulması həmin institutların effektini artıra bilər. “Bu səbəbdən də Qərb liderləri bu istiqamətdə qərarlı addımlar atmaqdan çəkinməməlidir”,- deyə politoloq fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər