7 vilayətdə terrorçulara qarşı əməliyyat keçirilib
Tarix: 06-05-2025 12:22 | Bölmə: Dünya
7 vilayətdə terrorçulara qarşı əməliyyat keçirilib

Türkiyənin 7 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Reyting.az
-ın məlumatına görə, əməliyyatdan əvvəl 5-i Türkiyə vətəndaşı olmaqla 27 şübhəli barəsində həbs qərarı verilib.

Ankara Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan iki ayrı araşdırma çərçivəsində 5-i Türkiyə vətəndaşı olan 27 şübhəlinin Suriya və İraqda İŞİD adına fəaliyyət göstərdiyi müəyyən edilib.

İŞİD terror təşkilatına maliyyə vəsaiti təmin etməklə “terrorun maliyyələşdirilməsi” cinayətini törətməkdə şübhəli bilinən şəxslərin tutulması üçün mərkəzi Ankara olan 7 vilayətdə eyni vaxtda əməliyyat aparılıb. Əməliyyatı Ankara Polis İdarəsi və İl Jandarma Komandanlığı qrupları həyata keçirib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb