“F-16”-larla bağlı qalmaqal baş verib
Tarix: 06-05-2025 15:04 | Bölmə: Dünya
“F-16”-larla bağlı qalmaqal baş verib

Bolqarıstan bu yaxınlarda “F-16” döyüş təyyarəsi alıb. Lakin onun texniki nasazlığı Sofiyada siyasi qalmaqala səbəb olub.

Reyting.az
xəbər verir ki, Bolqarıstan parlamentariləri xarici kəşfiyyat orqanlarının müdaxiləsindən və təxribatdan şübhələnirlər.

16 təyyarədən ibarət ilk təyyarə bir ay əvvəl ABŞ-dan gətirilib.

Qeyd olunur ki, “F-16”-da nasazlıq aşkarlandıqdan sonra parlamentin Təhlükəsizlik Xidmətləri Komitəsi “düşmən təşkilatları tərəfindən məxfi məlumatlara icazəsiz daxil olma ehtimalı” və “təyyarənin Bolqarıstan Hərbi Hava Qüvvələrinə rəsmi inteqrasiyasına yönəlmiş potensial təxribat” faktlarının araşdırılmasına çağırıb.

Ölkə parlamenti Müdafiə naziri Atanas Zapryanovun, eləcə də hərbi və mülki kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə dinləmələrin keçirilməsini tələb edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb