Ordu komandanlığı, hava limanı və otel vurulub
Tarix: 06-05-2025 12:07 | Bölmə: Dünya
Ordu komandanlığı, hava limanı və otel vurulub

Sudanın Port Sudan şəhərində hava limanı və ordu qərargahına ardıcıl olaraq pilotsuz təyyarələrlə hücumlar edilib. Şəhəri tüstü bürüyüb, partlayışlar baş verib.

Reyting.az
Sudan KIV-lərinə istinadla bildirir ki, Port Sudan Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb və uçuşlar dayandırılıb.

Hava limanı və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Port Sudandakı hava limanı və ordu bazası pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəfə alınıb. Artıq üçüncü gündür ki, hərbiyönlü hökumətin qərargahı hücuma məruz qalır.

Ordudakı mənbə deyib ki, şəhərin mərkəzindəki əsas ordu bazası da başqa bir dron tərəfindən hədəfə alınıb. Şahidlərin sözlərinə görə, həmin ərazidəki otel də vurulub.

Qeyd edək ki, həm ordu bazası, həm də otel 2023-cü ilin aprelindən Məhəmməd Həmdan Daqalo ilə müharibədə olan ordu komandiri Əbdülfəttah əl-Burhanın iqamətgahının yaxınlığında yerləşir.

Xatırladaq ki, 2023-cü il aprelin 15-də Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında başlayan qarşıdurmalar ölkəni böyük humanitar böhranla üz-üzə qoyub. Münaqişənin kökündə mülki idarəçiliyə keçid zamanı ordu ilə RSF arasında hakimiyyət bölgüsü və RSF-nin orduya inteqrasiyası zamanı yaranan fikir ayrılıqları dayanır. Bu hal Sudanda vətəndaş müharibəsinə səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb