Maduro Moskvaya həyat yoldaşı ilə gəlib
Tarix: 07-05-2025 08:11 | Bölmə: Dünya
Maduro Moskvaya həyat yoldaşı ilə gəlib

Venesuela prezidenti Nikolas Maduro Moskvaya həyat yoldaşı Cilia Floreslə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Venezolana de Televisión” telekanalı məlumat yayıb.

Onun səfər zamanı Moskvada danışıqlar aparacağı və Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyi planlaşdırılır.

Onu da qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri V. Matviyenko bir müddət əvvəl “İzvestiya”ya müsahibəsində bildirmişdi ki, onların əlində Rusiyada Qərb səfirliklərinin və kəşfiyyat xidmətlərinin xarici qonaqların Moskvaya səfərlərini pozmağa çalışdıqlarına dair mötəbər məlumat var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər