Vals: Trampın səfəri münaqişələrin bitməsinə kömək edəcək
Tarix: 30-04-2025 17:38 | Bölmə: Dünya
Vals: Trampın səfəri münaqişələrin bitməsinə kömək edəcək

“İranın nüvə silahı olmamalıdır. ABŞ prezidenti Donald Tramp bu məsələdə tam ciddidir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-mın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals İranın nüvə obyektlərinə zərbələr endirilmə ehtimalı ilə bağlı bəyanatları şərh edərkən deyib.

Prezidentin köməkçisi ümid edir ki, Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gözlənilən səfəri regionda bir sıra münaqişələrə son qoyulması üçün irəliləməyə köməklik göstərəcək.

Vals qeyd edib ki, Birləşmiş Ştatlar hazırda Qırmızı dənizdə naviqasiya azadlığı uğrunda husilərlə mübarizə aparır və Qəzza zolağında vəziyyəti həll etməyə çalışır.

Xatırladaq ki, aprelin 26-da Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə dolayı danışıqların üçüncü raundu Maskatda baş tutub. Tərəflər arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Maskatda, ikincisi isə aprelin 19-da Romada keçirilib. Növbəti danışıqlar mayın 3-də İtaliyanın paytaxtında da baş tutacaq. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr də keçirilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər