Ukrayna dronları cihazqayırma zavodunu vurub
Tarix: 30-04-2025 14:25 | Bölmə: Dünya
Ukrayna dronları cihazqayırma zavodunu vurub

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) hücum pilotsuz təyyarələri Rusiya Federasiyasının hərbi-sənaye kompleksinin Ukraynaya qarşı müharibə aparmaq üçün məhsullar istehsal edən müəssisəsini - Murom cihazqayırma zavodunu (Vladimir vilayəti) vurub.

Reyting.az
xəbər verir ki, zavod Rusiya Hərbi Dəniz Qüvvələri və hərbi aviasiya üçün döyüş sursatı alovlandırma cihazları, habelə komponentlər və məhsulların istehsalı üzrə ixtisaslaşıb.

Bildirilir ki, zavodda 5 partlayış olub. İlkin məlumata görə, iki binaya ziyan dəyib, yanğın başlayıb.

Murom Cihazqayırma Zavodu Ukraynaya qarşı hərbi təcavüzün təmin edilməsində mühüm rol oynadığı üçün Ukrayna və Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

“SBU Rusiya Federasiyası ərazisində qanuni hərbi hədəflərə qarşı səmərəli fəaliyyətini davam etdirir”, - SBU-dakı məlumatlı mənbə Ukrayna mediasına bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər