Türkiyə XİN “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb
Tarix: 21-04-2021 12:18 | Bölmə: Dünya
Türkiyə XİN “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 24 aprel-4 may tarixləri arasında İstanbulda keçiriləcək “Əfqanıstan sülh prosesi” konfransının təxirə salınması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, tədbir Əfqanıstanda sülhün bərpası üçün ötən ilin iyul ayında Qətərin paytaxtı Doha şəhərində Türkiyə, Qətər və BMT-nin ortaq təşkilatçılığı ilə başlayan müzakirələri sürətləndirmək, habelə Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında danışıqların aparılması məqsədi ilə planlaşdırılıb.

“Lakin son proseslərlə əlaqədar və tərəflərlə geniş məsləhətləşmələrdən sonra konfransın başqa tarixdə keçirilməsi qərara alınıb. Türkiyə, Qətər və BMT Əfqanıstanda sülhün bərqərar olması üçün səylərini davam etdirəcəklər”, - deyə qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər