17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
BMT-nin Baş katibi Zelenski ilə telefonla danışıb
Tarix: 21-04-2021 21:37 | Bölmə: Dünya
BMT-nin Baş katibi Zelenski ilə telefonla danışıb

BMT baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında, ölkənin şərqində atəşkəsin mütəmadi pozulmasından narahatlığını ifadə edib.

Reyting.az
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Baş katib, öz növbəsində, atəşkəsin dəfələrlə pozulmasından narahatlığını və hər hansı gərginliyin artmamasının vacibliyini bir daha vurğulayıb. O, eyni zamanda Normandiya formatı çərçivəsində Minsk razılaşmalarının tam həyata keçirilməsinə yönəlmiş səylərə dəstək veriləcəyəni də bəyan edib”-deyə, Dujarrik bildirib.

Bundan başqa BMT rəhbəri Ukrayna lideri ilə koronavirus pandemiyasına qarşı mübarizəni də müzakirə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}