Bayraqdar: “F-35” daha güclü, daha ucuz olacaq"
Tarix: 22-04-2021 13:02 | Bölmə: Dünya
Bayraqdar: “F-35” daha güclü, daha ucuz olacaq"

"Bu gün “F-35” təyyarələrinin Türkiyəyə verilməməsi bizim üçün çətin görünsə də, ancaq sabah milli müdafiə sənayemiz üçün ən xeyirli işlərdən biri ola bilər”.

“A Haber” xəbər verir ki, bunu ABŞ “F-35” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq etdiyi sanksiyaya münasibət bildirən “Bayrakdar” pilotsuz uçuş aparatının ixtiraçısı Selcuk Bayrakdar deyib.

Onun sözlərinə görə, Türkiyənin belə bir təyyarəyə sahib olması bəlkə 15-20 il sürəcək, ancaq milli platformada hazırlanacaq “F-35” daha güclü, maliyyə baxımından daha ucuz olacaq: "Son 4-5 ildə AKINCI layihəsinin və pilotsuz uçuş aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik. Gələcəyin yarışlarına bu gündən hazırlaşıb dünyanın getdiyi yerdə lider olmağa çalışmalıyıq...”




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}