










Tarix: 18-01-2016 12:49 | Bölmə: Fotoqalereya
Çində qızlar üçün prestijli və yüksək əmək haqqı olan iş tapmaq çətin olduğundan, bu ölkənin hava yollarına stüardesa işinə düzəlmək üçün kastinq çox yüksək səviyyədə təşkil olunur.
Minlərlə gənc çinli bu işdə çalışmağı arzulayır. Lakin stüardesa olmaq Çində çox çətindir.
Oxu.az xəbər verir ki, bunun üçün ilk növbədə ideal xarici görünüşə malik qızlar qadın kastinqini keçirirlər. Stüardesaların seçimi əsl gözəllik müsabiqəsini xatırladır, bikini geyinən qızlar hərtərəfli yoxlanılırlar.
Onlarda çapıq olmamalı, dişlər gözəl görünməli, ayaqlar uzun, boyları isə 1.67-dən aşağı olmamalıdır. İstisna hallarda, əgər namizəd bütün digər parametrlərə uyğun gəlirsə, bu rəqəm 1.65-qədər endirilə bilər.
Bundan əlavə,namizədlər tibbi müayinədən, ümumi bilik üzrə müsahibəni və xarici dillər üzrə testi keçməlidirlər. Həmçinin, qızlar cazibədar və gözəl olmalı, qəşəng hərəkət etməyi və oturmağı bacarmalıdırlar.
Daha sonra seçilən qızlara təyyarədə təhlükə yardan sərnişinləri zərərsizləşdirməyi bacarmaq üçün döyüş hazırlığı keçirlər. Yalnız bundan sonra onlar yeni işlərinə başlaya bilərlər!












Bölməyə aid digər xəbərlər