Ukraynaya yenidən hücum olub, dağıntılar var
Tarix: 16-10-2025 12:12 | Bölmə: Dünya
Ukraynaya yenidən hücum olub, dağıntılar var

Rusiya Ukraynanın Poltava vilayətinə hücum edib. Əsas hədəf DTEK Naftogaz qaz hasilatı obyekti olub.

Reyting.az
-ın məlumatına görə, Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladimir Koqut deyib ki, neft və qaz obyektlərinə ziyan dəyib.

“Xoşbəxtlikdən insan tələfatı olmayıb. Hücum nəticəsində 6 icmada 6450 istehlakçı qazsız qalıb. Bütün müvafiq xidmətlər hücumun nəticələrini aradan qaldırmağa çalışır”,- o qeyd edib.

Ukrayna mediası yazır ki, Rusiya Ukraynanın qaz hasilatını pozmağa davam edir. Ekspert Vladimir Omelçenkonun fikrincə, Ukrayna bu qış son nəticədə 4 milyard kubmetrə qədər qaz almalı olacaq.

Ekspert əlavə edib ki, ruslar böyük şəhərlərin istilik təchizatını çətinləşdirməyə çalışırlar.

Bundan əlavə, bu gün səhər saat 9:53-dən etibarən Ukraynanın bir sıra bölgələrində fövqəladə söndürmələr qüvvədədir. Dnepropetrovsk, Kirovoqrad, Kiyev, Poltava və digər vilayətlərdə elektrik enerjisi kəsilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər