14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
Tarix: 18-09-2025 17:52 | Bölmə: Cəmiyyət
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının iclası keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri və Agentliyin İcraçı direktoru iştirak edib.

Görüşdə Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, qlobal əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub. Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıb.

İclasda həmçinin Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.






Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq