Ərdoğan Əliyevlə antiterror əməliyyatını müzakirə edib
Tarix: 20-09-2023 23:43 | Bölmə: Gündəm
Ərdoğan Əliyevlə antiterror əməliyyatını müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərdən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir daha ifadə edib.

Bundan əlavə, liderlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}