Rezidenturaya qeydiyyat prosesi başlayır
Tarix: 08-09-2025 14:46 | Bölmə: Gündəm
Rezidenturaya qeydiyyat prosesi başlayır

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Reyting.az
Elm və təhsil Nazirliyinə istinadla xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb