Daha bir əsgərimiz şəhid olub
Tarix: 30-09-2023 18:56 | Bölmə: Gündəm
Daha bir əsgərimiz şəhid olub

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}