Xəzəryanı dövlətlərin XİN başçılarının birgə bəyanatı yayılıb
Tarix: 05-12-2023 20:12 | Bölmə: Gündəm
Xəzəryanı dövlətlərin XİN başçılarının birgə bəyanatı yayılıb

Beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya XİN-nin Xəzər “beşliyi”nin xarici işlər nazirlərinin toplantısının yekunlarına dair birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər: Xəzər dənizində hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirləri haqqında.

Bəyanatda tərəflər həmçinin, Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}