12:34 / 08-09-2025
Sabah yağış yağacaq
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
Tarix: 08-09-2025 12:08 | Bölmə: Gündəm
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.

Məlumata görə, bunu K. Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib(Report).

"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - K. Tokayev bildirib.

Onun sözlərinə görə, cari il əlamətdar tarixlərlə zəngin olub.




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb