Şarl Mişel Azərbaycan ilə Ermənistanın qərarını alqışlayır
Tarix: 07-12-2023 22:39 | Bölmə: Gündəm
Şarl Mişel Azərbaycan ilə Ermənistanın qərarını alqışlayır

Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə edib, bunu alqışlayırıq.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

Şarl Mişel qeyd edib ki, xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq:

“Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır”.

Ş. Mişel liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}