12:51 / 21-04-2025
Ödəmə terminallarından pul oğurlayan üç nəfər tutulub
12:39 / 21-04-2025
Dünya bazarı: neft niyə ucuzlaşır?
12:31 / 21-04-2025
Rusiya “Pasxa atəşkəsi”nin sona çatdığını bəyan edib
12:29 / 21-04-2025
"Kürd Elnur" ləqəbli şəxsə hökm oxunub
12:22 / 21-04-2025
Tərtərdə bir ailənin 4 üzvü dəm qazından ölüb
12:16 / 21-04-2025
Bakının mərkəzində anbar yanır
12:16 / 21-04-2025
DEM Partiyasının heyəti Öcalanla görüşə gedib
12:11 / 21-04-2025
Ukrayna əhalisi 8 milyon azalıb
12:05 / 21-04-2025
Roma Papası Fransisk dünyasını dəyişib
11:53 / 21-04-2025
Leyla Əliyeva Vyetnama səfər edib - Fotolar
11:46 / 21-04-2025
Rusiya 96 PUA və 3 raketlə zərbə endirib
11:31 / 21-04-2025
İlhamə Elşadqızının həbs müddəti uzadılıb
11:30 / 21-04-2025
Ticarət savaşı: qızıl bahalaşır, dollar dəyər itirir
11:27 / 21-04-2025
Bakıdakı toyda kütləvi zəhərlənmə olub - (Yenilənib)
11:16 / 21-04-2025
Məmməd Abbasbəyli müşavir təyin olunub
11:10 / 21-04-2025
İlham Əliyev sabah Çinə rəsmi səfərə gedir
11:00 / 21-04-2025
Bank kartlarından 18 min manata yaxın pul oğurlanıb
10:46 / 21-04-2025
Təhsil idarələrinə müdirlər təyin olunub - Siyahı
10:43 / 21-04-2025
Dörd fənn üzrə proqram təkmilləşdirilib
10:39 / 21-04-2025
Xarici işlər nazirinin müavini İraqa səfər edib
10:37 / 21-04-2025
Nazirin müşaviri vəzifədən azad edilib
10:30 / 21-04-2025
Ukrayna yenidən hücuma məruz qalıb
10:11 / 21-04-2025
TƏBİB: Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
09:52 / 21-04-2025
Geomaqnit qasırğası gözlənilir
09:32 / 21-04-2025
Həştərxan vilayətində qeyri-adi balıq tutublar - Foto
09:17 / 21-04-2025
Azərbaycan ərazisində zəlzələ baş verib
09:11 / 21-04-2025
Terrorçuluqda şübhəli bilinən şəxs Azərbaycana gətirilib
09:03 / 21-04-2025
Məşhur müğənni və aktrisa yeni filmdə baş rolu oynayacaq
08:08 / 21-04-2025
Avropa su altında qala bilər
17:56 / 16-04-2025

17:45 / 18-04-2025

13:41 / 16-04-2025

14:08 / 17-04-2025

08:43 / 18-04-2025

01:00 / 18-04-2025

08:52 / 18-04-2025

14:01 / 16-04-2025

20:35 / 18-04-2025

11:27 / 17-04-2025

10:28 / 17-04-2025

00:45 / 18-04-2025

Qazaxıstan prezidenti Füzuli rayonuna gedib - (Yenilənib) - Fotolar
Tarix: 12-03-2024 18:14 | Bölmə: Gündəm

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
***
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
Reyting.az-ın xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Xüsusi vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.
Diqqətə çatdırılıb ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verilib.
***
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Reyting.az xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib:
- Sizi burada, müqəddəs Azərbaycan torpağında görməyimə çox şadam.
Bildiyiniz kimi, mən dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm. Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.
Mədəni–humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik.
Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışını etdik. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.
Sizi bir daha müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırıram.
Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.
Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir. Sağ olun.
x x x
Azərbaycan prezidenti İlham Əliyev deyib:
- Hörmətli Kasım-Jomart Tokayev, çox sağ olun.
Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından Sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi–qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn, əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər böyük şəhərlərdən olan uşaqlar öz qəlblərinin səsi və əcdadlarının çağırışı ilə tədbirdə iştirak edirlər. Diqqət yetirdikdə görürük ki, burada - Füzulidə yaşayan insanlar, onların əksəriyyəti Füzulinin işğalı dövründə dünyaya gəliblər, yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma şəhərini, öz rayonunu görməyiblər, amma bu torpağa məxsus olduqları, uğrunda mübarizə apardığımız, döyüşdüyümüz, qan tökdüyümüz və uşaqlarımızı itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid olduqları üçün buraya qayıdıblar.
Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Siz, yəqin ki, bizim dünənki görüşlərimizi izləmisiniz, həmçinin axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya nüfuz etmisiniz. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir. Sizi təbrik edirəm və sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü bildirmək istəyirəm.
Prezident Kasım-Jomart Tokayev: Azərbaycanın gənc vətəndaşlarına, müqəddəs Füzuli sakinlərinə ayrıca səadət, uğurlar arzulamaq istəyirəm.
Prezident İlham Əliyev: Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır, yəqin ki, onu tanıyırsınız. O, Xalq yazıçısıdır.
Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Xalq yazıçısı Anar: Mən onun atası haqqında yazmışam.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rektoru, Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc istedadlarımız buradadırlar.
Müəllim Məhin Orucova: Hörmətli cənab prezidentlər. Sizi Azərbaycan mədəniyyətinin qədim tarixi mərkəzi olan Qarabağ torpağında salamlayırıq. Cənab Prezident İlham Əliyev, Sizə minnətdarıq ki, bizi öz torpağımıza qaytarmısınız. Biz Sizə və şanlı Ordumuza minnətdarıq.
Bu gün bizim və uşaqlarımız üçün əlamətdar gündür. Bu gün Qazaxıstan milli mədəniyyətinin böyük nümayəndəsi, qazax xalq musiqisinin patriarxı Kurmanqazı Saqırbayulının adını daşıyan Füzuli Uşaq Yaradıcılıq Mərkəzinin açılışıdır. Biz Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevə və onun simasında bütün Qazaxıstan xalqına belə gözəl Mərkəzə görə minnətdarıq. Bütün füzulililər adından uşaq yaradıcılığı fəaliyyətinə göstərilən qayğıya görə iki dövlətin liderlərinə çox təşəkkür edirik.
Bu Mərkəzdə uşaqlar təkcə Azərbaycan deyil, həm də qazax mədəniyyətini öyrənəcəklər. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan ilə Azərbaycan arasında dostluğun rəmzi olacaq.
Prezident Kasım-Jomart Tokayev: Sağ olun. Həqiqətən, Kurmanqazı qazax musiqisinin nəhəngidir, demək olar ki, Türk mədəniyyətinin ayrılmaz hissəsidir. Kurmanqazının adı olmadan qazax musiqisini təsəvvür etmək çətindir. Ona görə də deməliyəm ki, onun musiqisi çox dinamikdir və indiyədək çox müasirdir. Məşhur “Küy Sarı Arka” indiyədək böyük həyəcanla dinlənilir.
Prezident İlham Əliyev: Ona görə də onun yaradıcılığı, əlbəttə, burada öyrəniləcək.
x x x
Dövlət başçıları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonra xatirə şəkli çəkdirilib.
Prezidentlər Uşaq Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Vurğulandı ki, layihəni “BI Group” şirkəti hazırlayaraq həyata keçirib. Tikintidə qabaqcıl texnologiyalardan və şirkətin illər ərzində qazandığı təcrübədən istifadə olunub. Şirkət müasir mühəndis həlləri və təhsil obyektlərinin tikintisi nöqteyi-nəzərindən yüksək səviyyəli peşəkar təcrübəyə malikdir.
Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.
x x x
Prezident Kasım-Jomart Tokayev: Bu avtobus bizim hədiyyəmizdir. Qazaxıstanın uşaqlara ərməğanıdır, istifadə etmələri üçündür. Üzərində “Balalar” yazılıb.
Prezident İlham Əliyev: Sağ olun.
Qazaxıstan nümayəndəsi: Qazaxıstanda yığılıb.
Prezident İlham Əliyev: Çox sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Çox şadam ki, Sizin xoşunuza gəldi. Bu, bizim Azərbaycan xalqına səmimi hədiyyəmizdir. Bilirəm ki, Azərbaycanın potensialı böyükdür və Siz özünüz də bütün bunları edə bilərsiniz, amma biz həmişə qardaşlıq hisslərimizi ifadə etməliyik və belə maddi formada.
Tədbirin iştirakçıları: Sizə təşəkkür edirik.
***
Martın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Reyting.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verib.
Bildirilib ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.
Diqqətə çatdırılıb ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.
Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:53
Leyla Əliyeva Vyetnama səfər edib - Fotolar
Bu gün, 10:43
Dörd fənn üzrə proqram təkmilləşdirilib
19-04-2025, 18:10
Yardımlıda zəlzələ olub
19-04-2025, 11:49
Prezident Qarabağ zonası üzrə yeni qanunu təsdiqləyib
18-04-2025, 23:47
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı faktlar nümayiş olunub - Fotolar
18-04-2025, 19:18
İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də - (Yenilənib) - Fotolar
18-04-2025, 16:27
İlham Əliyev Azərbaycanın xristian icmasını təbrik edib
18-04-2025, 14:36
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
18-04-2025, 12:55
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
18-04-2025, 09:23
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib
17-04-2025, 20:30
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
17-04-2025, 17:00
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub
17-04-2025, 16:38
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
17-04-2025, 14:01
İlham Əliyev sloveniyalı naziri qəbul edib - Yenilənib
17-04-2025, 13:38
İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib - (Yenilənib) - Fotolar
17-04-2025, 10:19
Ağdam, Füzuli və Xocavəndin 40 faizi minalardan təmizlənib
16-04-2025, 19:43
Gürcüstan prezidentinin Azərbaycana səfəri başa çatıb
16-04-2025, 18:37
Azərbaycan-Çin əməkdaşlığı genişlənir
16-04-2025, 18:17
İlham Əliyev Riçard Armitacın ailəsinə başsağlığı verib
16-04-2025, 14:54
Əliyevlə Kavelaşvili arasında nahar əsnasında geniş tərkibdə görüş olub
16-04-2025, 12:59
Gürcüstan Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini razılaşdırmasını alqışlayır
16-04-2025, 12:57
Mixail Kavelaşvili İlham Əliyevi Gürcüstana dəvət edib
16-04-2025, 10:25
Hərbi xidmətə çağırışla bağlı qayda dəyişib
16-04-2025, 08:32
Bakı və Gəncədə bəzi əraziləri su basıb - Fotolar
16-04-2025, 00:02
Gürcüstan prezidenti Heydər Əliyev Mərkəzində olub - Fotolar
15-04-2025, 20:15
Mehriban Əliyeva Bakıda körpələr və uşaq evlərində olub - Fotolar
15-04-2025, 18:15
DSMF sədri vəzifədən azad edilib - Yeni təyinat
15-04-2025, 16:40
Gürcüstan prezidenti Azərbaycana gəlib - (Yenilənib)
15-04-2025, 15:58
Prezident məhkəmələrə sədr və hakimlər təyin edib - Siyahı
15-04-2025, 07:49
Akademik Zərifə Əliyevanın anım günüdür
14-04-2025, 15:57
Ermənilər Azərbaycan Ordusu ilə bağlı yalan məlumat yayıb
14-04-2025, 11:43
İlham Əliyev baş direktoru qəbul edib - Yenilənib
12-04-2025, 19:33
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - Fotolar
12-04-2025, 12:15
Azərbaycan prezidenti Avropa Şurasının baş katibi ilə görüşüb
12-04-2025, 11:38
Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb - Video
12-04-2025, 00:14
Putin Trampın xüsusi elçisi ilə dörd saatdan çox müzakirə aparıb
11-04-2025, 18:48
IV Antalya Diplomatik Forumunun açılışı olub - (Yenilənib) - Fotolar
11-04-2025, 17:49
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - (Yenilənib) - Fotolar
11-04-2025, 14:14
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - (Yenilənib) - Foto
11-04-2025, 12:31
Moskvada Putin-Əliyev-Paşinyan görüşü nəzərdə tutulmayıb
11-04-2025, 12:30
Cinayət Məcəlləsinə növbəti dəyişiklik olunub
11-04-2025, 12:22
Apellyasiya məhkəmələrinə hakim təyinatları olub - Siyahı
11-04-2025, 11:12
İlham Əliyev Ersin Tatar ilə görüşüb - (Yenilənib) - Foto
11-04-2025, 10:35
Qubadlıda insan sümüyünün fraqmentləri aşkarlanıb
10-04-2025, 17:33
Donald Tramp İlham Əliyevi təbrik edib
10-04-2025, 16:49
Nazirlər Kabineti aviasiya ilə bağlı qərarlar verib